Əsgərlərimizin “N saylı qəhrəmanlığ”ına həsr olunmuş roman

Əsgərlərimizin “N saylı qəhrəmanlığ”ına həsr olunmuş roman
Müasir Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, tanınmış yazar Sadıq Qarayevin təfəkkürünün məhsulu olan əsərlər insanlığı sülhə, humanizmə dəvət edir, obyektivlik və düzgünlüyü sərgiləyir, Vətənə, elə-obaya torpağa bağlılığı tərənnüm edir, igidlik, qorxmazlıq və qəhrəmanlığı qiymətləndirir, həqiqət və ədalətə üstünlük verir, gəncliyə dəstək olur, dilə, dinə və uzun illər ərzində formalaşaraq varislik prinsipi əsasında nəsildən-nəslə keçən milli-mənəvi dəyərlərə hörmət etməyə səsləyir, şanlı tariximizi, mütəfəkkir və sərkərdələrimizi uca tutmağı təbliğ edir, Vətən təbiətini vəsf edir, onu sevdirir, adət-ənənələrə dəyər verir, azərbaycançılıq ideyasının fəlsəfəsini əsaslandırır. Əvvəlki əsərlərində olduğu kimi yazıçı “N saylı qəhrəmanlıq” romanında hadisə və proseslərin baş vermə ardıcıllığını əvvəlcədən sezə bilmiş, yüksək ədəbi və poetik səviyyədə, Azərbaycan dilinin şirinliyindən maksimum istifadə etməklə yazılmış insan ruhuna dinclik gətirən, mahiyyətə enib dürr çıxaran bir əsərlə ədəbiyyatımızı zənginləşdirə bilmişdir. Həyəcan və məğrurluq hissi ilə oxuduğumuz roman real hadisələri əsl aydınlığı ilə sistemli şəkildə, tam və hissənin vəhdətini nəzərə ala¬raq oxucuların diqqətinə çatdırır.
Əsər tarixi yaddaşı silkələməklə başlayır. Qarabağda yaşayan ermənilərin separatist hərəkətləri, 30 il ərzində Ermənistan hərbi birləşmələri tərəfindən torpaqlarımıza edilən qəsdlər, havadarlarının köməyi ilə Qarabağ və ona bitişik yed¬di rayonun işğalı, erməni quldur dəstələrinin törətdiyi faciələr, Xocalı soyqırımı, vandalizm aktları, dünya ictimaiyyətini öz yalanları ilə aldatmaları, kəndlərin, qəsəbələrin, şəhərlərin viran qalmasını təsvir edən yazar əsərdə həmin dövrdə mürəkkəb beynəlxalq və daxili vəziyyətin konturlarını cızır, regionda marağı olan qonşu dövlətlərin fikirlərinin kəsişmə nöqtələrini incələyir. Uzun illər ərzində ermənilər tərəfindən törədilən teraktlar barədə məlumat verilir, onların iç üzü, əsl sifətinə güzgü tutulur. Yüzminlərlə azərbaycanlının dəfələrlə – 1905, 1918, 1952, 1988-ci illərdə indiki Ermənistan ərazisindəki öz doğma yurd–yuvasından deportasiya edilməsi, onlara edilən insan adına yaraşmayan işgəncələr, vəhşiliklər, aqressivlik və amansızlıq barədə xatırlama verilir. Ermənilərin bütün bu cinayət əməllərinə rəğmən Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən və onun layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən sülh siyasəti və diplomatiyası, beynəlxalq hüquqa, qaydalara və normalara, BMT-nin əsasnaməsinə hörmət, yüksək səviyyəli danışıqların aparılması, torpaqların sülh və danışıqların yolu ilə işğaldan azad edilməsi siyasəti yüksək səviyyədə qələmə alınmışdır. Yazar təəssüflənir ki, Azərbaycanın düzgün və ədalətli mövqeyi beynəlxalq güclər, təşkilatlar, vasitəçilik fəaliyyəti heç bir səmərə verməyən Minsk qrupu tərəfindən doğru qiymətləndirilməmişdir. Azərbaycanın haqq səsini, ədalətli mövqeyini dost Türkiyə Cümhuriyyəti və Pakistandan başqa heç bir ölkə dəstəkləmir. İnsan hüquq və azadlıqlarından danışan Qərb dövlətləri yüzminlərlə qaçqın və köçkünün dözülməz həyat şəraitinə göz yumur, “ikili standartlar” mövqeyindən çıxış edir, işğal etdiyi torpaqların qeyd-şərtsiz boşaldılması barədə BMT-nin 4 qətnaməsinin tələblərini yerinə yetirməyən təcavüzkar Ermənistan dövlətinə təzyiq etmir, hətta Azərbaycanın heç vaxt razı ola bilməyəcəyi təkliflər irəli sürürlər. Havadarlarının köməyi ilə Azərbaycana xas olan ərazilərdə illər öncə Ermənistan Respublikasının yaradılmasına baxmayaraq, Azərbaycan onun əzəli və əbədi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına razı ola bilməzdi və buna imkan verməzdi.
Romanda nəyi, necə və nə vaxt etməyi yaxşı bilən cənab prezidentin dəqiq və qətiyyətli əmrlər və göstərişlərini dəqiqliklə yerinə yetirən Azərbaycan əsgərinin cəmi 44 gün ərzində düşmənə layiqli cavab verərək torpaqlarımızı işğaldan azad etməsi, silahı tutub, yaralı döyüşçünü tək buraxmayan insanlarımızın humanizmi, “İrəli” deyil, “Ardımca” komandasını verən Azərbaycan generallarının şücaəti, düşməni əlbəyaxa döyüşdə belə məhv edən gənclərimizin şücaəti, şanlı ordumuzun qısa zaman kəsiyində bir neçə qat keçilməz maneədən ibarət olan “Ohanyan səddi”ni darmadağın edərək saxta erməni mifini məhv etməsi, əsgərlərimizin kölgə kimi dağları, sıldırım qayaları rahat və maneəsiz keçərək yüksəklikləri ələ keçirməsi, xəstə ideoloqların irəli sürdüyü böyük Ermənistan utopiyasının tarixin zibilliyinə atılmasının, əsgərlərimizin misilsiz qəhrəmanlıqlarına heyran qalan beynəlxalq hərbi ekspertlərin təəccüblərinin təsviri ustalıqla qələmə alınıb.
Allahverdi Bağırov, Mübariz İbrahimov, Ramil Səfərov, Fərid Əhmədov, Polad Həşimov, Əliyar Əliyev və b. bu kimi mərd oğullarımızın qəhrəmanlıqlarının barama qurdu effekti verən miskin erməni cəmiyyətini qorxuya salaraq “ruhunun dirçəlməsi”nə imkan vermədiyini yazar xüsusilə vurğulayır.
Qələbəni xalq-ordu-dövlət birliyindən doğan “Dəmir yumruğ”un gücü”, Ali Baş Komandan İlham Əliyevin məntiqli və düşünülmüş qərarları, “sürət, az şəhid və qələbə” taktikası və qətiyyətli əmrləri, siyasilərimizin, iqtidar və müxalifətin eyni mövqedən çıxış etməsi, hərbçilərimizin n saylı qəhrəmanlıqları və generallarımızın yüksək peşəkarlığı, ermənilər arasında şuşalı-irəvanlı qarşıdurmasının detallarına qədər öyrənən Azərbaycan xüsusi xidmət orqanlarının təqdirəlayiq fəaliyyəti, xüsusi təyinatlı qüvvələrimizin və kəşfiyyatımızın həssas və sərrastlığı nəticəsində əldə etməyimizi yazıçı rəvan dili ilə nəsrə çəkir, xalqın mübarizlik ruhunun cövlan etməsini sərgiləyir.
Yazıçı Azərbaycan ziyalılarını da unutmur. Ziyalıların ordunu alqışlaması və ruhlandırması, şəhidlərin müqəddəs ruhunu yad etmək üçün onların ailələrini, məzarlarını ziyarət etməsi, şəhid valideynlərə mənəvi dəstək olmasını da ətraflı şəkildə təsvir etmişdir.
Roman yüksək elmi-fəlsəfi səviyyədə yazılaraq həqiqətləri bəyan edir, ictimai-siyasi hadisələrə düzgün baxış nümayiş etdirərək, proseslərin gedişatını ətraflı şəkildə mahiyyəti əks etdirməklə qələmə alınıb. İnanırıq ki, yazıçı bundan sonra da milli ruhumuzu oxşayan, dərin mahiyyəti əks etdirən məzmunlu əsərləri ilə oxucularını sevindirəcəkdir.

Zeynəddin Şabanov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

“MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ İRSİNİ ARAŞDIRMA MƏRKƏZİ” İLƏ BÜTÖV AZƏRBAYCAN OCAQLARI ARASINDA İLKİN RAZILAŞMA

Azərbaycan Cümhuriyyətinin banisi, ilk cümhurbaşqanı, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı Bütöv Azərbaycan Ocaqlarının (BAO) qərargahında keçirilən tədbirdə Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin sədri , professor Nəsiman Yaqublu ilə BAO-nun Türk dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli arasında Məhəmməd Əmin Rəsulzadə ilə bağlı tədbirlərin birgə həyata keçirilməsi haqqında ümumi razılaşma olub. İlk olaqraq belə bir razılaşma əldə olunub ki, cari ilin martın 6-da M.Ə.Rəsulzadənin vəfat günündə, Rəsulzadənin digər əsas tədqiqatçılarının da iştirakını təmin etməklə birgə “Anım günü” tədbiri keçirilsin.

Zəngəzur 1918-1920-ci illərdə

1918-1920-ci illərdə Zəngəzurda və ona yaxın ərazilərdə – Qarabağ, Naxçıvan və Ordubad bölgələrində cərəyan etmiş hadisələr Azərbaycanın gələcək taleyinə təsiri baxımdan diqqəti daha çox cəlb edir. Həmin dövrdə dünyada baş verən proseslərdən yararlanmağa çalışan Ermənistanın millətçi-şovinist dairələri Azərbaycanın bu ərazilərini ələ keçirmək üçün ciddi cəhdlər göstərmişdilər. Geosiyasi baxımdan xüsusi önəm kəsb edən Zəngəzurun türk-müsəlman əhalisindən tamamilə təmizlənməsi yolu ilə ələ keçirilməsi erməni strategiyasının əsas hədəflərindən birini təşkil edirdi. Zəngəzuru ələ keçirməklə ermənilər həm Azərbaycanın bütövlüyünü sarsıtmaq, türk xalqları arasında quru əlaqələrini həmişəlik qırmaq məqsədi güdürdülər. Ararat Respublikası Zəngəzurda etnik vəziyyəti və hərbi şəraiti öz xeyrinə dəyişmək və bölgəni işğal etmək üçün bütün imkanlarını səfərbər etmiş və çox təəssüf ki, buna da nail olmuşdu. Əslində bu gün Azərbaycan xalqının üzləşdiyi problemlərin, o cümlədən torpaqlarımızın 30 il ərzində erməni işğalı altında qalmasının əsas səbəblərindən biri də 1918- 1920-ci illərdə Zəngəzuru qoruya bilməməyimizlə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi, əzəli Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsini Azərbaycanın və bütün türk dünyasının coğrafi baxımdan iki yerə bölünməsi aktı kimi qiymətləndirərək, bunu “sağalmayan yara” adlandırmışdı. Eyni zamanda o əminliyini bildirmişdi ki. vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Faktlar göstərir ki, çarizmin erməniləri kütləvi şəkildə Azərbaycan ərazilərində yerləşdirmək siyasətinə baxmayaraq Zəngəzur bölgəsində erməni əhalisinin mütləq üstünlüyünə nail olmaq mümkün olmamışdı. 1917-ci il Qafqaz təqviminə görə qəzada 224197 nəfər əhali yaşayırdı ki, onların 99.931 nəfəri erməni (bütün əhalinin 44, 5%), 123118 müsəlman (bütün əhalinin 54, 9 %). Erməni müəllifi B.İşxanyan bu illərdə qəzanın əhalisinin 59,98%-nin müsəlmanlardan ibarət olduğunu təsdiqləyir. A.Şepotyev Qarabağın erməni əhalisinin ümumi sayının 170 min, türk əhalisinin isə 415 min olduğunu qeyd edir. Zəngəzur qəzasında olan 406 kəndin 314-də azərbaycanlılar, cəmi 92-də ermənilər yaşayırdı. Qəzada toponimlərin, o cümlədən kənd adlarının mütləq əksəriyyəti türk mənşəli idi. Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1917-ci ildə Rusiyada baş vermiş hadisələr nəticəsində Cənubi Qafqazda yaranmış şəraiti özlərinə fürsət bilən erməni şovinist-millətçi dairələri Azərbaycanın bir çox bölgələri kimi Zəngəzurda da yenidən türk-müsəlman əhaliyə qarşı kütləvi zorakılıqlara başlayaraq bölgənin etnik vəziyyətini öz xeyirlərinə dəyişmək və Ermənistanın tərkibinə qatmaq planlarını həyata keçirməyə başladılar. 1917-1921-ci illər ərzində ermənilərin həyata keçirdiyi soyqırımı və deportasiya siyasəti nəticəsində Zəngəzurda on minlərlə müsəlman həlak olmuş, öz doğma yurdlarından didərgin düşmüşdülər. Erməni təcavüzkarlarına qarşı azərbaycanlılar mümkün qədər müqavimət göstərmiş, düşmənə ciddi zərbələr vurmuşlar. Lakin bir sıra faktorların təsiri altında bölgənin ermənilərin nəzarəti altına keçməsinin qarşısını almaq mümkün olmadı. 1918-ci ilin yayında Andranikin qoşunlarının bölgəyə müdaxiləsi ilə Zəngəzurda türk-müsəlman əhalinin soyqırımı daha da genişlənmiş, qəzanın qərb hissəsindən (Sisian, Gorus, Qafan) azərbaycanlılar tamamilə qovulub çıxarılmışdılar. Zəngəzurda həyata keçirilmiş soyqırımı və deportasiya nəticəsində minlərlə müsəlman öldürülmüş və əsir götürülmüş, sağ qalan əhali Azərbaycanın digər bölgələrinə qaçmağa məcbur olmuşdu. 1918-ci ilin mayında əzəli Azərbaycan torpağında – İrəvan bölgəsində Ermənistan dövləti yarandıqdan sonra bu dövlət Azərbaycanın digər əraziləri kimi Zəngəzura hərbi təcavüz edərək bu bölgənin yerli əhalisi olan Azərbaycan türklərinə qarşı əsil soyqırımı həyata keçirməyə başladı. Zəngəzurda 1918-ci ildə türk-müsəlman əhalisinə qarşı soyqırımı quldur Andranikn bölgəyə gəlməsi ilə pik nöqtəyə çatdı. 1918-ci il avqustunda Andranikin Zəngəzura gəlməsi ilə Zəngəzurun qərb sahələri (Gorus, Sisian, Qafan və Mehri) işğal altına düşmüş, əhalisi öldürülmüş və ya deportasiya edilmişdi. Andranikin və digər quldur dəstələrinin vəhşilikləri nəticəsində 115 kənd dağıdılmış, 10068 nəfər müsəlman öldürülmüş və ya yaralanmışdı ki, onların 7729-u (3257 kişi, 2276 qadın, 2196 uşaq) öldürülmüş, 2339 nəfərinə isə (müvafiq olaraq 1060, 794 və 485) xətər yetirilmişdi. 50000 nəfərdən artıq müsəlman öz yurd-yuvalarından qaçqın düşmüşdü. 1918-ci ildə Zəngəzur qəzasında erməni quldur dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqqında Azərbaycan Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində tükürpərdici faktlar toplanmışdır. Birinci Dünya müharibəsinin nəticəsində Türk qoşunlarının Azərbaycanı tərk etməsi ilə Zəngəzurda və Qarabağda azərbaycanlılara qarşı erməni vəhşiliklərin yeni, daha faciəvi fazası başlandı. 1918-ci ilin sonu – 1919-cu ilin əvvəllərində ermənilər 50- dən çox müsəlman kəndinin sakinini qırmış, hətta müqəddəs ocaqları viran etmişdilər. Azərbaycan hökumətinin Qarabağ və Zəngəzur qəzalarında vəziyyəti dinc yolla nizamlamaq cəhdlərinə Ermənistan hökuməti bu bölgələrə əlavə hərbi hissələr göndərərək azərbaycanlılara qarşı zorakılıqları genişləndirməklə cavab verirdi. Ermənistan hökuməti Zəngəzurda hərbi iştirakını möhkəmləndirmək üçün bir sıra hərbi- siyasi xarakterli tədbirlər həyata keçirməklə bu bölgəni faktik olaraq ilhaq etmək məqsədi güdürdü. Ermənistan hökuməti Zəngəzurda hərbi iştirakını möhkəmləndirmək üçün bir sıra hərbi-siyasi xarakterli tədbirlər həyata keçirməklə bu bölgəni faktik olaraq ilhaq etmək məqsədi güdürdü. 1919-cu il ərzində qəzanın I, II və V sahələrində (Sisian, Gorus, Qafan rayonlarında), xüsusən Oxçu dərəsində yerləşən Azərbaycan kəndləri mütəmadi olaraq ermənilərin hücumlarına məruz qalırdılar. Zəngəzurda ermənilərin azğınlaşmasının əsas səbəblərindən biri də o zaman bölgədə əsas söz sahibi olan ingilislərin ikibaşlı siyasəti idi. 1919-cu ilin yayında Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində Zəngəzurun şərq hissəsi (Qubadlı və Zəngilan rayonları) Azərbaycan ordusunun nəzarətinə keçsə də, qəzanı erməni hərbi dəstələrindən təmizləmək mümkün olmadı. Ermənistan hökuməti «erməni məsələsinin” beynəlxalq gündəlikdə olmasından istifadə edərək 1919-cu ilin sentyabr ayından etibarən Zəngəzur bölgəsini ələ keçirmək üçün oraya nizami qoşun hissələrini, hərbi texnika və silah-sursat göndərilməsini sürətləndirdi. Ermənistan hökumətinin qərarı ilə Dro Zəngəzur rayonundakı qüvvələrin komandiri təyin edildi. Ermənistan hökuməti 1919-cu ilin sentyabrında azərbaycanlılara qarşı öz vəhşilikləri ilə ad çıxarmış Qaregin Njdeni Zəngəzura göndərərək onu əvvəlcə Qafan, Mehri və Ordubad rayonlarının ümumi cəbhəsinin komandiri, oktyabr ayında isə “Sunikin cənub-şərq cəbhəsinin komandanı”, Paqos Ter-Davtyanı isə “Şimal rayonunun” – “Sisiyan-Gorus cəbhəsinin” komandanı təyin etdi. Bu quldurların bölgəyə gəlişi ilə Zəngəzurda azərbaycanlıların soyqırımının növbəti mərhələsi başlandı. Mövcud məlumatlara görə 1919-cu ilin oktyabr ayının əvvəllərində Zəngəzurun 110 böyük kəndi məhv edilmişdi. Bu kəndlərin əhalisi ya qırılmış, ya da qaçqın düşmüşdü. Qaçqınların sayının 60 minə çatdığı bildirilirdi. Qalan əhalinin əksəriyyəti daim məhv olmaq təhlükəsi altında, aclıq və səfalət içərisində yaşayırdı. Ermənilər ən ağır silahlardan istifadə edərək 1919-cu ilin sonu – 1920-ci ilin əvvəllərində Zəngəzuru demək olar ki, bütün müsəlmanlardan təmizləməyə nail oldular. Erməni müəlliflər Njdenin “qəhrəmanlığından” bəhs edərkən yazırlar ki, 1919-cu ilin noyabrın 15-də Njdenin dəstələri Oxçu dərəsinin türk kəndlərini ələ keçirmiş, bir qədər sonra – dekabrın 1-8 arası Gığı dərəsində 33 kəndi dağıtmış və nəticədə Gorus – Qafan yolu ermənilərin nəzarətinə keçmişdi1 . Zəngəzuru ələ keçirdikdən sonra ermənilərin əsas məqsədi Qarabağ üsyançı erməni dəstələri ilə birləşmək, sonra isə Naxçıvanı və Ordubadı zəbt etməkdən ibarət idi. 19 yanvar 1920-ci il Zəngəzur azərbaycanlılarının tarixinin qanlı səhifələrindən biri oldu. Həmin gün qəzanın müxtəlif yerlərində ermənilərin müsəlman kəndlərinə əvvəlcədən hazırlanmış hücumu nəticəsində 15 müsəlman kəndi yerlə yeksan edilmiş, Əliquluuşağı, Eyvazlı, Şurnuxa, Seltas, Məzrə, Şahverdilər, Novlu, Tarovlu, Əyin kəndləri daha çox dağıntılara məruz qalmışdı. Yanvarın sonlarında ermənilər bütün cəbhə boyu hücuma keçərək Şərqi Zəngəzurun əksər kəndlərini ələ keçirmişdilər. Təkcə 1920-ci ilin 19-26 yanvarında ermənilər burada 51 kəndi yandırımış və dağıtmışdılar. Yalnız Azərbaycan ordusunun gördüyü əks-tədbirlər sayəsində erməniləri geri otuzdurmaq mümkün olmuşdu. 1920-ci ilin mart ayında – Novruz bayramı günlərində ermənilər başqa bölgələrimizdə olduğu kimi Zəngəzurda geniş miqyaslı hərbi əməliyyatlara başladılar. Bu dəfə onların planlarında Şərqi Zəngəzurla yanaşı Cəbrayıl qəzasını da işğal etmək idi. Lakin Azərbaycan ordusunun səyləri nəticəsində ermənilərin planları baş tutmadı. İyulun sonlarında XI Qırmızı Ordu hissələri tərəfindən Zəngəzur ələ keçirildikdən sonra vəziyyət bir müddət sabitləşsə də bolşevik qoşun hissələrin Naxçıvana hərəkət etməsindən istifadə edən Dro və Njdenin dəstələri yenidən Zəngəzura soxuldular. Bütün bunlar Zəngəzur müsəlmanlarının vəziyyətinin yenidən pisləşməsinə, yeni qaçqınlar dəstəsinin yaranmasına gətirib çıxardı. 1917-1920-ci illərdə Zəngəzur bölgəsində mürəkkəb vəziyyət mövcud olmuş, həmin illərdə dünyada və regionda cərəyan edən geosiyasi proseslər bölgənin gələcək taleyinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Məhz bu hadisə və proseslərin nəticəsində Ermənistan Zəngəzurda öz hərbi iştirakını gücləndirərək qəzanın 4505,5 км təşkil edən qərb hissəsini (Sisian,Gorus, Qafan və Mehri rayonlarını) işğal etmiş və sonrakı illərdə bu rayonları öz ərazisinə qata bilmişdir. Ermənistanın sovetləşməsindən sonra bolşevik Rusiyasının təzyiqi altında Zəngəzurun Ermənistana verilməsi istiqamətində atılmış addımlar 4505-kv.km bu ərazinin həmişəlik itirilməsi ilə nəticələndi. Qəzanın sovetləşməsi və Ermənistanın tərkibinə daxil edilməsi burada yaşayan azərbaycanlı əhaliyə qarşı ayrı-seçkilik siyasətinin yeri formada və məzmunda davam etməsinə şərait yaratdı. Zəngəzurda yerli azərbaycanlıların zorla öz yurdlarından qovulması və onların yerinə gəlmə ermənilərin yerləşdirilməsi ilə bağlı narahatlıq hətta II Azərbaycan Sovetlər qurultayında belə ifadə olunmuşdu. Vaxtilə Zəngəzurdan qovulmuş 60 mindən çox azərbaycanlı qaçqının yalnız 5 min öz vətəninə dönməyə nail olmuşdu. 1917-ci ildə Zəngəzur qəzasında 123085 nəfər təşkil edən azərbaycanlıların 1926-cı il siyahıyaalınma göstəricilərinə görə sayı heç 5 minə belə çatmamışdı. Erməni millətçilərinin 1988-ci ildə başladıqları «Qarabağ» fitnəkarlığı həm də Ermənistan SSR-də yaşayan azərbaycanlıların öldürülməsi və kütləvi deportasiyası ilə müşayiət olundu. Ermənistan SSR-dən ilk qaçqın dalğası 1987-ci il fevral ayının sonu-martın əvvəllərində məhz Zəngəzurdan başladı. Həmin il ərzində Zəngəzurun demək olar ki, bütün azərbaycanlı əhalisi öz doğma yurdlarından deportasiya olundu. 1991-ci ilin avqustunda Zəngəzurun azərbaycanlılar yaşayan sonuncu kəndinin – Mehri rayonunun Nüvədi kəndin əhalisinin qovulması ilə Zəngəzur bölgəsinin «türksüzləşdirilməsi» prosesi başa çatdırıldı.

Kamran İsmayılov, “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycançılıq məfkurəsinin təşəkkülünə dair

“Azərbaycançılıq” ideyasının formalaşmasının ilkin mərhələsi Azərbaycanın çar Rusiyası tərəfindən işğalı ilə başlamış və bütün XIX əsri əhatə etmişdir. Müstəmləkəçilik mahiyyətinə baxmayaraq həmin dövrdə maarif və mədəniyyət sahəsində həyata keçirilən tədbirlər son nəticədə Azərbaycan xalqının maariflənməsinə, təhsilin, elmin və mədəniyyətin müasir nailiyyətlərinə yiyələnməsinə imkan verirdi. Xalqın mədəni-mənəvi həyatında baş verən mütərəqqi dəyişikliklər onda milli hisslərin oyanmasında, milli şüurun inkişafında və bütün bunların məntiqi nəticəsi olaraq milli hərəkatın yaranmasında mühüm rol oynadı. Məhz bu dövrdə Şimali Azərbaycanda millətləşmə prosesi sürətlənərək milli hərəkatın tədricən ümmətçilikdən milliyyətçilik mərhələsinə keçməsinə şərait yaratdı. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda milliləşmənin ən mühüm təzahürlərindən biri mövcud rejimin bütün qadağalarına rəğmən ictimai fikirdə, mətbuat səhifələrində Azərbaycan millətinin və ərazisinin həqiqi adının getdikcə daha çox işlədilməsi oldu. 1917-ci il Fevral inqilabından sonra Azərbaycan istiqlal məfkurəsi Azərbaycanın muxtariyyəti şüarı altında, konkret siyasi proqram şəklində meydana atıldı. 1917-1918-ci illərdə Şimali Azərbaycanda genişlənən milli hərəkat, bu hərəkatı boğmaq üçün erməni-daşnak və rus-bolşevik qüvvələrin həyata keçirdikləri soyqırımlar Cənubi Azərbaycanda da əks-səda doğurmuşdu. Məhz Şimalda baş verən proseslərin təsiri altında Cənubi Azərbaycanda demokratik və milli hərəkat yenidən baş qaldırdı. Bütün bunlar Cənubi Azərbaycanda milli etnik şüurun dirçəldilməsinə öz təsirini göstərirdi. Bu baxımdan 1918-ci ildə demokratiya meydanına çıxmış Cümhuriyyət quruluşu Azərbaycanda XIX əsrin ikinci yarısından maarifçilik hərəkatı kimi başlayaraq XX əsrin əvvəllərində milli hərəkatın ideoloji mahiyyətinə çevrilmiş “Azərbaycançılıq” ideologiyasının həyatiliyinin məntiqi nəticəsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycanlılıq uğrunda aparılan çoxillik mücadilənin, milli dövlət idealının özünütəsdiqi idi. Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı öz tarixində ilk dəfə olaraq dövlət millətinə çevrildi. Bu hadisənin nəinki tarixi, həmçinin hüquqi, siyasi baxımdan çox böyük əhəmiyyət kəsb etməsi şübhəsizdir. Əvvəla, “Azərbaycan” sözü müasir siyasi-hüquqi məzmununu, rəsmi dövlət adı statusunu məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə aldı. Azərbaycan dövlətçiliyinin ilkin əsaslarının formalaşdırılması, o cümlədən Azərbaycan xalqının milli ruhunun dirçəldilməsi baxımından cümhuriyyət dövründə qəbul edilmiş qərarlar mühüm rol oynadı. Cümhuriyyətin yaradılması və fəaliyyəti miqyasına görə daha geniş əhəmiyyət kəsb edərək ümumdünya mahiyyət daşıyırdı. Azərbaycan xalqı özünün qədim dövlətçilik ənənələrini yenidən dirçəldərək müstəqil yaşamağa layiq və qadir olan xalq olduğunu sübuta yetirdi. Azərbaycanlılar ilk dəfə olaraq bütün islam dünyasına cümhuriyyətçilik məfkurəsini gətirərək bununla müstəmləkə zülmü altında yaşayan dindaş millətlərə də modern dövlət yaratmaq nümunəsi, azadlıq və demokratiya dərsi verdilər. Tarixi Azərbaycan ərazisində cümhuriyyət quruluşlu müstəqil dövlətin yaradılması və ona Azərbaycan adının verilməsi dünyada və regionda heç də birmənalı qarşılanmadı. Xüsusən Ermənistan, İran və Rusiyada müxtəlif dairələrdə Azərbaycan türklərinin müstəqil dövlət şəklində öz müqəddəratlarını təyin etmələri ciddi həyəcan yaratmışdı. İran dövlətinin nümayəndələri Arazdan şimalda yaranmış dövlətin “Azərbaycan” adı ilə adlandırılmasına etiraz edir, hətta onun torpaqlarına iddialar irəli sürürdülər. İranın rəsmi dairələri bu ada etiraz edərək diplomatik yazışmalarında Azərbaycan hökumətini “Qafqaz Azərbaycanı” kimi adlandırmağa çalışırdı. Rusiyanın şovinist dairələrinin də Azərbaycan Cümhuriyyətinə, onun adına eyni münasibəti var idi. Bunun ən bariz nümunəsini biz Denikinin xatirələrində görürük. Azərbaycana nifrətini gizlətməyən bu irticaçı general özünün “Rus qiyamının oçerkləri”ndə iddia edirdi ki, Azərbaycan respublikasında İranın bir əyalətindən götürülmüş adından tutmuş ərazisinə, dövlətçiliyinə, hökumətinə qədər hər şey süni idi, gerçək deyildi. Belə şəraitdə dünya ictimaiyyətini Azərbaycan türklərinin yaratdıqları dövlətin və onun ərazisinin həqiqətən Azərbaycan olduğuna inandırmaq olduqca vacib idi. Bu iş geniş nəzəri hazırlıqla yanaşı gərgin siyasi və diplomatik fəaliyyət tələb edirdi. Mürəkkəb şəraitdə Azərbaycan hökuməti bütün mümkün vasitələrdən istifadə edərək dövlətin suverenliyini təmin etməyə nail oldu. İranın və Ermənistanın Azərbaycan ərazilərinə iddialarının təkzib edilməsi baxımından Azərbaycan nümayəndə heyətinin hazırladığı “Qafqaz Azərbaycanı respublikasının nümayəndəliyinin Paris Sülh konfransına Memorandumu” mühüm əhəmiyyət kəsb edirdi. Memorandum dünya ictimaiyyətində Azərbaycan xalqının tarixi, etnogenezi, dini, mədəniyyəti, dövlətçilik ənənələri, ölkənin siyasi sistemi, iqtisadiyyatı, eləcə də ərazi iddiaları haqqında ümumi təsəvvür yaratmaq məqsədi güdürdü. Azərbaycançılıq məfkurəsinin nəzəri cəhətdən inkişaf etdirilməsi, Azərbaycanın adına, dövlətçilik tarixinə, ərazilərinə münasibətdə irəli sürülən iddiaların əsassızlığının elmi şəkildə sübut edilməsi istiqamətində Azərbaycanın ziyalıları da mübarizə aparırdılar. Bu mübarizənin önündə M.Ə. Rəsulzadə gedirdi. Onun müxtəlif mətbu orqanlarda “Azərbaycan” terminin yaranması, Azərbaycanın tarixi, etnoqrafiyası ilə bağlı yazıları bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. M.Ə. Rəsulzadənin “Azərbaycan paytaxtı”, “İran və biz”, “Biz və İran”, xüsusən “Azərbaycan Cümhuriyyəti” adlı məqalələri, digər publisistik yazıları Azərbaycanşünaslığın inkişafına böyük təsir göstərmişdir. Azərbaycançılığın nəzəri əsaslarının işlənib hazırlanmasında M.Ə. Rəsulzadənin Cümhuriyyətin bir illiyi münasibəti ilə “İstiqlal” məcmuəsinin 28 may 1919-cu il tarixli nömrəsində dərc etdirdiyi “Azərbaycan Cümhuriyyəti” adlı məqaləsi də mühüm rol oynadı. Məqalədə Azərbaycanın milli dövlətinin yaranmasının qısa tarixi şərh edilməklə yanaşı İran və Ermənistanın Cümhuriyyətin adı ilə bağlı iddialarına da geniş yer verilir və bu iddiaların yalan olduğu bir daha sübut olunurdu. Cümhuriyyət dövründə “Azərbaycançılq” məfkurəsinin əməli cəhətdən gerçəkləşdirilməsi sahəsində də ciddi addımlar atılmışdı. Əgər Cümhuriyyətin yaradılmasına qədər Azərbaycan milli hərəkatının başlıca vəzifəsi “Azərbaycan fikrini yalnız xaricdə deyil, daxildə də isbat etmək”dən ibarət idisə. Cümhuriyyətin yaradılması ilə artıq xalqın zehnində Azərbaycan istiqlalı fikri möhkəm yer tutmuşdu. İndi əsas vəzifə “felən mövcud olan Azərbaycan istiqlalının hüquqca möhkəmləşməsi, xaricdə müdafiəsi, daxildə təşkili üçün çalışmaqdan” (M.Ə. Rəsulzadə) ibarət idi. Bu baxımdan Cümhuriyyət dövründə həyata keçirilmiş milli siyasətin təhlili mühüm əhəmiyyət kəsb edir. Kütləvi şüurda “Azərbaycançılıq” məfkurəsinin möhkəmləndirilməsi baxımından yeni dövlət atributlarının qəbulu, tarixi günlərin qeyd edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Mətbuatda üçrəngli milli bayrağın təbliği ilə bağlı yazılar dərc edilir, şairlər ona həsr edilmiş şerlər yazırdılar. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ruhunda milli dövlətçilik məfkurəsinin formalaşmasında və inkişafında aparıcı amilə çevrildi. Xalq Cümhuriyyəti hökumətinin həyata keçirdiyi tədbirlər Azərbaycançılıq məfkurəsinin şüarda deyil, əməli şəkildə gerçəkləşdirilməsinə xidmət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirməyə çalışdığı ideya və prinsipləri özündə ehtiva edən “Azərbaycançılıq” məfkurəsi bu gün də harada yaşamalarından asılı olmayaraq bütün azərbaycanlıların mənəvi dəyərlər sistemini təşkil edir.

Kamran İsmayılov, “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Qədim və orta əsr qaynaqları Azərbaycanın tarixi əraziləri haqqında

Məlumdur ki, Azərbaycanın tarixi ərazisi müasir Azərbaycan Respublikasının sərhədləri ilə məhdudlaşmayıb, daha geniş ərazini əhatə edir. XIX əsrin əvvəllərində Azərbaycan Rusiya və İran arasında bölüşdürüldükdən sonra Cənubi (Güney) Azərbaycan və Şimal (Quzey) Azərbaycan kimi coğrafi-siyasi məfhumlar meydana gəlmişdir. Azərbaycançılıq nəzəriyyəsinin və ideologiyasının tarixi köklərinin araşdırılması ilk növbədə “Azərbaycan” toponiminin meydana gəlməsi və tarixi inkişafı, Azərbaycanın tarixi coğrafiyası və dövlətçilik tarixi məsələlərinə aydınlıq gətirilməsini tələb edir. Çünki uzun illərdir ki, bədxahlarımız bu məsələdən bizə qarşı istifadə etməyə çalışır, “Azərbaycan” istilahının yalnız İranın şimal əyalətlərinə alid olduğunu, Araz çayından şimaldakı ərazinin heç zaman Azərbaycan adlanmadığını, yalnız 1918-ci ildə burada Cümhuriyyət yarandıqdan sonra ortaya atıldığını, indiki Azərbaycan Respublikasının ərazisinin tarix boyu əsasən Arran, Muğan və Şirvan kimi coğrafi adlar daşıdığını, hətta daha uzağa gedərək “Azərbaycanlı” adlı millətin mövcud olmadığını iddia edirlər. Bununla da onlar azərbaycanlıların dövlətçilik ənənələrinin olmadığını sübut etməyə çalışırlar. Məsələn bu nəzəriyyənin banilərindən biri olmuş Ə. Kəsrəvi hələ 1928- ci ildə çap etdirdiyi «Şəhriyarane qomnam» adlı əsərində yazır ki, Arrana indi Azərbaycan adı vermişlər. Baxmayaraq ki, Azərbaycan və ya Azərbayeqan Arranın yanında yerləşmiş digər ərazinin adıdır. Ən qədimdən əldə məlumat vardır ki, bu iki ərazi həmişə bir-birindən ayrı olmuş və heç vaxt Arran, Azərbaycan adlanmamışdır…». İranın tanınmış tarixçilərindən biri olan İnayətullah Rza da bu mövqeni müdafiə edərək 1981-ci ildə nəşr olunmuş «Azərbaycan və Arran (Albaniya-ye-Qəfqaz)» əsərində Azərbaycanın tarixi coğrafiyasını saxtalaşdırmağa cəhd edir. Bu iddiaları Ermənistan və İran tarixçiləri və ideoloqları indi də müdafiə etməkdə davam edirlər. Bunu son illərdə bu ölkələrdə (eləcə də Rusiyada) Azərbaycanın, Cənubi Qafqazın tarixinə, etnik vəziyyətinə həsr edilmiş əsərlərdə, internet materialları da təsdiq edir. Məsələn M.Meltyuxov və A.Ter-Sarkisyan soyadlı müəlliflər yazırlar: “Tatix elminə ancaq bir Azərbaycan məlumdur– qədim İran əyaləti olan və irandilli və digər xalqlarla məskunlaşmış Azərbaycan məlumdur. XI sərdən başlayaraq bu əyalət türk tayfalarının hücumlarına məruz qalmış, onraların bir hissəsi sonralar burada qalmış və müəyyən dərəcədə yerli irandilli əhalini assimiliyasya etmişdir ki, onların böyük hissəsi indi türk dialektlərində danışsalar da, milli İran köklərini və İran özşüurunu saxlamışlar. XIX əsrə qədər hər hansı dildə olursa olsun heç bir tarixi mənbədə Zaqafqaziya hüdudları daxilində (Arazdan şimalda) Azərbaycanın mövcudluğundan bəhs edilmir… 1920-ci ildə Azərbaycan SSR-ə daxil edilmiş ərazilərə münasibətdə “Azərbaycan” sözü yalnız XX əsrin əvvəllərində, daha dəqiq I Dünya müharibəsinin son ilində bu ərazilərdə Türkiyə işğal rejiminin qurulmasından və sözdə “Azərbaycan Demokratik Respublikası”nın elan edilməsindən sonra işlədilməyə başlanmışdır”. Digər erməni müəllif – Tamara Vardanyan Moskvada nəşr etdirdiyi kitabında (Варданян Т. Азербайджанцы: История одного незавершенного этнопроекта. Историко-этнологический очерк., М.: «Русская панорама», 2012) daha da uzağa gedərək guya “Azərbaycan və bəzi xarici müəlliflərin alternativsiz olaraq istifadə etdikləri” “Azərbaycan etnosu”, “etnik azərbaycanlı”, “azərbaycanlıların etnik ərazisi” kimi tarixi-etnoloji terminləri “təhlil edir”. Azərbaycan millətini “başa çatdırılmamış etnik layihə” adlandıran müəllifin nəzərincə, “Azərbaycan etnosu” və ya “azərbaycanlıların etnik ərazisi” kimi terminlər ideologemlər olub etnomilli mifə xidmət edirlər, ona görə də akademik və publisistik mətnlərdə bu terminlərin XX əsrə aid edilməsi qeyri-peşəkarlıqdır və elmi cəhətdən əsassızdır. Maraqlıdır ki, Azərbaycan müəlliflərini “Azərbaycan” terminindən qeyri-autentik şəkildə istifadə etməkdə günahlandıran, 1918-ci ilə qədər “Azərbaycan”, “Azərbaycan türkləri”, “azərbaycanlılar”, “Azərbaycan türkcəsi”, “Azərbaycan dili” kimi məfhumların mövcud olmadığını iddia edən T.Vardanyan elə öz kitabının 28-ci səhifəsində III Dövlət Dumasının deputatı N.L.Markovun 1909-cu ildəki çıxışından sitat gətirməklə özü özünü təkzib edir: “Müsəlmanlar arasında maarifin yayılması cəmiyyəti Qafqaz dağlılarının müxtəlif tayfalarını – çeçenləri, ləzgiləri, yanlış olaraq tatar adlandırılan Azərbaycan türklərini və digər başqa tayfaları 2 2 birləşdirir, onları birləşdirən türk dilidir, çünki Azərbayacan dili türk dilinin dialektidir”. Adı çəkilən müəlliflərin, eləcə də bu kitaba ön söz yazmış V.Zaxarovun, həmçinin Azərbaycana nifrətini gizlətməyən digər müəlliflərin (S.Tarasov, V.Stupişin, A.Şahnazarov və başqaları) qeyri-elmi yanaşmaları əslində Ermənistanın və bəzi İran ideoloqlarının Azərbaycan xalqının mənşəyinə, dövlətçilik tarixinə dair konsepsiyaları üçün tipikdir. Antitürk və antiazərbaycan mahiyyət daşıyan bu konsepsiya guya tarixi Albaniya, Arran və Şirvan vilayətlərini Şimali Azərbaycan, həqiqi Azərbaycan olan İran Azərbaycanını isə Cənubi Azərbaycan adlandırılmasına qarşı çıxaraq azərbaycanlıların ari mənşəli olduqlarını, sonradan türkləşdiklərini iddia edir, bununla da şimallı-cənublu Azərbaycan xalqının vahidliyini inkar etmək məqsədi güdür. Lakin tarixi mənbələr Azərbaycan məfhumunun qədimliyini və hər iki əraziyə aid edildiyini tamamilə təsdiq edir. Hələ sovet dövründə Azərbaycan tarixçiləri bu saxtalaşdırmalara tutarlı elmi dəlillərlə cavab vermişlər. 1978- ci ildə işıq üzü görmş “Azərbaycanın tarix və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı” adlı məqalələr toplusunda Azərbaycanın tanınmış tarixçiləri Ş.Tağıyeva, O.Əfəndiyev, T.Musəvi, M.Azərli, V.Piriyev, M.Əliyev, A.Fazili və başqaları İran tarixşünaslığının Azərbaycanın etnik tarixi və tarixi coğrafiyası ilə bağlı qərəzli fikirlərini faktlarla və elmi dəlillərlə təkzib etmişlər. Sovet dövründə nəşr edilmiş digər əsərlərdə də bu məsələlər öz əksini tapmışdır. Müasir Azərbaycan tarixçiləri də erməni və İran tarixçilərinin Azərbaycanın tarixi coğrafiyası, etnik və siyasi tarixi haqqında qərəzli fikirlərini ifşa edən bir çox əsərlər ortaya qoymuşlar. Onlar yüzlərlə tarixi mənbələrə istinad edərək ən qədim dövrlərdən Araz çayının şimalındakı ərazinin də Azərbaycan adlandırıldığını sübut etmişlər. Azərbaycan alimləri “Albaniya”, “Aran”, “Şirvan”, “Cənubi Azərbaycan”, “Şimali Azərbaycan” və digər tarixi-coğrafi adların mövcudluğunu heç zaman inkar etməmişlər. XIX əsrin əvvəllərində tarixi Azərbaycan Çar Rusiyası və Qacarlar İranı arasında parçalandıqdann sonra iki hissəyə bölünmüş və nəticədə “Cənubi Azərbaycan” və “Şimali Azərbaycan” kimi istilahlar yaranmışdır. İki hissəyə parçalanması nəticəsində şimallı və cənublu azərbaycanlılar arasında həyat tərzlərində, dünyagörüşlərində, siyasi, iqtisadi, mədəni inkişaflarında, təhsil səviyyələrində müəyyən fərqlərin yaranmasına baxmayaraq onlar arasında əlaqələr tam itməmiş, Azərbaycan xalqı öz etnik-milli vahidliyini qoruyub saxlamışdır. Yalnız XX əsrin 20-ci illərində Sovet və Pəhləvi rejimlərinin hər iki tərəfdən sərhədləri bağlamaları ilə Azərbaycanın şimalı ilə cənubu arasında əlaqələr məhdudlaşmış, bu da hər iki ərazidə yaşayan əhalinin təmaslarına öz mənfi təsir göstərmişdir. Qeyd edildiyi kimi, ölkəmizin ərazisinin hələ qədimdən Azərbaycan adlandırılmasını təsdiq edən yüzlərlə tarixi mənbə mövcuddur ki, onların mötəbərliyi heç kimdə şübhə doğurmur. Qədim, orta əsrlərə və və yeni dövrə aid müxtəlif dillərdə yazılmış çoxsaylı tarixi qaynaqlar “Azərbaycan” istilahının Arazın hər iki tayındakı əraziləri əhatə etdiyini sübut edir. Bir çox ərəb müəlliflərinin əsərlərində Arazdan şimaldakı ərazinin hələ Sasanilər dövründən Azərbaycan adlandırıldığı məlum olur. Ət-Təbərinin (X əsr) “Tarix ər-rüsul vəl-müluk” (“Peyğəmbərlərin və hökmdarların tarixi”) əsərindən məlum olur ki, I Xosrov Ənuşirəvanın (531-579-cu illər) dövründə Azərbaycanın ərazisi dördüncü sepəhbodluq kimi Sasanilər imperiyasının tərkibinə daxil idi və onun ərazisi şimalda “Xəzərlərin ölkəsi”nə qədər uzanırdı. Ərəblərin hücumu ərəfəsində inzibati vahid olan Azərbaycan ərazısi Həmədan, Əzhər, Zəncandan tutmuş Dərbəndədək uzanırdı. Sasanilər dövründə Azərbaycanın şimal sərhədlərininin Dərbəndədək uzandığı barəsində həmin şəhərin hasarlarındakı qədim Pəhləvi yazıları məlumat verir; bu yazılar 553-cü ildə Azərbaycandakı Sasani mərzbanı Bərzini tərəfındən tərtib edilmişdir. VI əsrə aid fars dilində yazılmış “Şəhristaniha-yi Eran” adlı coğrafi risalədə Azərbaycan ölkəsinə Atropatena, Ərməniyə, İberiya, Albaniya, Balasakan, Sisikan, Arey, Gilan, Deyləm, Dəmavənd, Təbəristan, Rovan, Amul, Həmədan və Muğan vilayətlərinin daxil olduğu göstərilmişdir. Sasanilər dövründən bəhs edən “Əndərz-i Xosrov Ənuşirəvan” adlı qaynaqda İran şahı I Xosrovun adından deyilir ki, “Azərbaycana tərəf hərəkət edib Çul, Dərbənd və Firuz-Xosrov şəhərinə çatdım”. Orta əsrlərə dair “Dərbəndnamə” salnaməsində ərəblərin hücumu ərəfəsində inzibati vahid olan Azərbaycan ərazisinin Dərbəndədək uzandığı göstərilmişdir. Bu dövrdə Azərbaycanın 3 3 əsas əhalisini türklər təşkil etdiyini qaynaqlar da sübut edir. Ərəb xəlifəsi I Müaviyyənin (VII əsr) müşaviri Übeyd ibn Şəriyyəyə «Türklər və Azərbaycan nə deməkdir?» sualına müşavir «Azərbaycan hələ qədimlərdən türklərin yaşadığı ölkədir” cavabını vermişdi. 1126-cı ildə farsca yazılmış bir anonim əsərdə də həmin fikri təsdiq edən məlumat öz əksini tapmışdır: «Azərbaycan qədimdən türklərin əlində olan bir ölkədir. Ərəb müəllifi əl-Yaqubi Arranı Azərbaycan ərazisində göstərərək bu ərazini “Yuxarı Azərbaycan” (Azərbaycan əl-Ülya) adlanırır. Əl-Yaqubi Azərbaycanın mahalları arasında Bərdənin və Beyləqanın adını çəkir. Digər ərəb müəllifi ibn- Hövqəl Azərbaycan, Arran və Ermənistanın ümumi xəritəsini çəkmiş və ona “Azərbaycanın xəritəsi” adı vermişdir. O həmçinin Xəzər dənizinin də xəritəsini çəkərək, onun Dərbəndədək bütün sahilboyu ərazisini Azərbaycan adlandırmışdı. Əl-Müqəddəsi Arran haqqında məlumat verərək yazır ki, bu ərazi bütün Azərbaycan vilayətinin üçdə birini təşkil edir, dəniz ilə Araz çayı arasında bir yarım Cəzirəyə bənzəyir, Malik [Kür] çayı isə vilayəti uzununa iki yerə bölür. Müəllif Azərbaycanın şəhərləri arasında Bərdə, Beyləqan, Şəmkir, Cənzə, Baric, Şamaxı, Şirvan, Bakı, Şabran, Bab ül- Əbvab, Lahican, Qəbələ, Şəki, Malazkerd və Teblanın adlarını çəkir. Arsax, Şəki və Sünik vilayətlərini də Arranın tərkibinə daxil edir. Ərəb tarixçisi əl-Kufi “Kitab əl-futuh” (“Fəthlər kitabı”) əsərində VIII əsr Ərəb–Xəzər müharibələrindən yazarkən yazır ki, Səid ibn Əmr əl-Harisi Varsana, Beyləqana, Bərdəyə, Qəbələyə və Azərbaycanın başqa yerlərinə çaparlar göndərdi. Başqa yerdə o Beyləqanı, Bərdəni, Qazaxı, Naxçıvanı Azərbaycan ərazisi kimi göstərir və yazır: “Xəlifə Azərbaycana Adiyyə ibn əl-Kindini təyin etdi. Adiyyə Azərbaycana gedib Beyləqanda düşərgə saldı”; “Əl-Haris ibn Əmr Azərbaycan ölkəsinə gedib Bərdədə yerləşdi”. “Mərvan Şamdan 120 minlik ordu ilə yola düşür və tezliklə Azərbaycana gələrək, Bərdədən 40 fərsəx və Tiflisdən 20 fərsəx aralı olan Qazax adlı məntəqədə dayanır”. İbn əl-Əsir (XII-XII əsrlər) xəlifə Məsləmə ibn Əbdül-Malik türklərə (xəzərlərə) qarşı yürüşə çıxdığını və Azərbaycan vilayətindəki əl-Baba (Dərbəndə) qədər gedib çatdığını. Ət-Təbəri isə Azərbaycan Ərəb xilafətinin tərkibində olarkən Həmədandan Dərbəndə qədər böyük bir ərazini əhatə etdiyini göstərirdi. Deməli, Ərəb xilafəti zamanında Azərbaycanın coğrafi hüdudları şimalda Dərbənd şəhərini əhatə edirdi və Arazın şimalı da Sasanilər dövründə olduğu kimi yenə də Azərbaycan ölkəsinin tərkib hissəsi hesab edilirdi. Bələmi (X əsr) “Tərcume-yi tarix-i Təbəri” (“Təbəri tarixinin tərcüməsi”) əsərində Həmədandan Dərbəndə qədər ərazinin Azərbaycan adlandırıldığını təsdiq edir. X əsrdə yaşamış digər müəllif – İbn əl- Fəqih Həmədani «Kitab əl-məmalik» («Ölkələrin kitabı») əsərində Azərbaycanın sərhədlərinin Bərdədən Zəncanadək olduğunu göstərərək, onun ərazisində Bərgəri, Salmas, Muğan, Xuvey, Varsan, Beyləqan, Marağa, Təbriz Bərdə, Saburxast, Xunəc, Miyanəc, Mərənd, Külsərə, Bərzənd kimi şəhərlərin olduğunu qeyd edir. Həmdullah Qəzvini «Nüzhət əl-qülub» əsərində Azərbaycanın İraqi-Əcəm, Gürcüstan, Ermənistan və Kürdüstan ilə həmsərhəd ərazilərdə lokallaşdırır (65, s. 85). Azərbaycanın şəhərləri arasında Təbrizin, Ucanın, Gəsgərin, Naxçıvanın, Əcnanın, Ordubadın, Azadın və Makuyənin adını çəkir. İbn əl-Əsir XII əsr hadisələrindən bəhs edərkən Azərbaycanın Dvin, Dərbənd, Qəbələ və Gəncə şəhərlərinin adını çəkir. Fəzlullah Rəşidəddinin (1247-1318) “Mukatibat-i Rəşidi” əsərində Arazdan cənubda yerləşən bir sıra ərazilərlə yanaşı, Araz çayından şimalda yerləşən Naxçıvan, Qarabağ, Muğan, Arran, Şəki və Ərməniyə bölgələrini “Azərbaycanın vilayət və naiblikləri” kimi göstərir. XVII əsr müəllifi Məhəmmədhüseyn ibn Xələf Təbrizi «Burhan-i Qate» adlı lüğətnaməsində «Arran» haqqında yazır: «Arran Azərbaycanda bir vilayətin adıdır. Gəncə və Bərdə orada yerləşir». Mirzə Səmianın 1724-1725-ci illərdə yazdığı «Təzkirət-əl-müluk» əsərində Azərbaycan əyaləti dörd bəylərbəylikdən – Təbriz, Çuxursəd (indiki Ermənistan ərazisi), Qarabağ və Şirvandan ibarət olmuşdur. Cənubi Azərbaycandan olan tədqiqatçı S. Sərdariniya müxtəlif mənbələrə əsaslanaraq Azərbaycan adının Azərbaycan Respublikasının həqiqi və tarixi adı olduğunu, həm Arran və Qarabağ vilayətlərinin, həm də İrəvan və bütün Çuxursədin Azərbaycan əyalətinin bir hissəsi olub, Azərbaycanın ərazisi olduğunu sübut edir. 4 4 İndiki Azərbaycan Respublikasının ərazisinin Azərbaycan adlanması haqqında sonrakı əsrlərin müəlliflərin əsərlərində də çoxlu faktlar vardır. Mirzə Məhəmməd Hüseyn Mustovfi (XVIII əsr) “Təfsil-i əsakir-i firuzi muasir-i Şah Sultan Hüseyn-i Səfəvi” adlı əsərində Azərbaycanın Dərbəndə qədər uzandığını bildirərək onun bütün şəhərləri və kəndlərinin xəzinəyə 500 min tümən ödəməli olduğunu göstərir”. Şamlu tayfasının Bəydili (Biqdeli) oymağından olan Lütfəli bəy Azər h.1174-1193-cü (m.1760/61-1779-cu) illər arasında, fars dilində tərtib etdiyi “Atəşkədə” təzkirəsində yazır: “İndi bütün Şirvan, Muğan, Gürcüstan və Ərmən Azərbaycana daxildir”. O, digər bir yerdə Gəncədən bəhs edərkən “Azərbaycanın mötəbər şəhərlərindən olan, xoş ab-havası ilə məşhurlaşan Gəncə” deyə qeyd edir. “Arif” təxəllüslü İran şairi və alimi Məhəmməd Şirazi özünün h.1076-1078 (m.1665-1668)- ci illərdə yazdığı “Lətaifül-xəyal” (“Xəyal lətiflikləri”) adlı təzkirəsində Azərbaycanın məşhur şairlər yetişdirmiş nahiyələrini sırasında Ərdəbil, Təbriz, Gəncə, Şirvan, Beyləqan, Marağa və Həmədan kimi şəhərlərin adını çəkir. 1177-ci ilin şəvval (1764-cü ilin apreli) ayında Kərim xan Zənd tərəfindən verilmiş fərmanda Azərbaycan vilayətləri sırasında Şirvanın, Qarabağın, Təbrizin, Gəncənin, Naxçıvanın adı çəkilir. Deməli, Azərbaycanın Həmədandan Dərbəndə qədər uzanan coğrafi sərhədləri Sasanilər dövründən Səfəvilər dövrünədək bütün orta əsrlər tarixi boyunca dəyişməz qalmış və bu gerçəklik bir sıra ilkin məxəzlərdə obyektiv surətdə öz əksini tapmışdır .

Kamran İsmayılov, “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Faiq Ələkbərli özbək tələblərə milli ide­ya­, milli özünüdərk məsələlərindən bəhs edib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli 11-14 dekabr Özbəkistan səfəri çərçivəsində Çirçik şəhərində yerləşən Çirçik Dövlət Pedaqoji İnstitutunda olmuşdur. Faiq Ələkbərli öncə Çirçik Dövlət Pedaqoji İnstitutunun İctimai fənlər fakültəsinin dekanı, professor Rövşən müəllim və İctimai fənlər kafedrasının müdiri Gülçöhrə xanım, professor Nəsrəddin Nəzərovla görüşmüşdür. Daha sonra F.Ələkbərli Çirçik Dövlət Pedaqoji İnstitutunda 1-ci və 4-cü kurslarda təhsil alan Özbək tələbələrə milli ideologiya, milli özünüdərk, milli şüur məsələlərindən bəhs edib.

Faiq Ələkbərli Daşkənddə cədidçiliklə bağlı beynəlxalq konfransda iştirak edib

11-12 dekabr 2023-cü il tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal və dövlətçilik ideyaları” adlı beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq elmi konfransın əsas məqsədi cədidlərin maarifçilik ideyalarının təhlili və müzakirəsi, hərəkatın milli dövlətçiliyin inkişafına verdiyi töhfələr olub.Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli və başqalarından ibarət nümayəndə heyəti iştirak edib. Faiq Ələkbərli konfransda “İsmayıl bəy Qaspıralının cədidçilik və dildə, fikirdə, işdə birlik fəlsəfəsi” mövzusunda məruzə edib. O, məruzəsində yalnız Çar Rusiyasında deyil, habelə Osmanlı və Qacarlar Türk dövlətlərindəki yeniləşmə hərəkatı və onun tanınmış nümayəndələrindən bəhs edib. F.Ələkbərlinin sözlərinə görə, bu anlamda  çar Rusiyasındakı cədidçiliklə, Osmanlı və Qacarlardakı yeniləşmə hərəkatlarındakı oxşarlıqlar və fərqlilikləri ayrı-ayrılqıda təhlil etmək lazımdır. Ən əsası yeniləşmə və cədidizmlə bağlı məsələlərdə doğru olan məsələlərlə yanaşı, bəzən ifrat şəkildə özünü büruzə vermiş avropaçılığa, proletar kosmopolitizmə də diqqət edilməlidir. Qeyd edək ki,  Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tatarıstan, Yaponiya, Almaniya, İsveç və digər ölkələrdən elm adamlarının da beynəlxalq konfransda məruzələri dinlənilib.

Faiq Ələkbərli Daşkənddə cədidçiliklə bağlı beynəlxalq konfransda iştirak edib

11-12 dekabr 2023-cü il tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal və dövlətçilik ideyaları” adlı beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq elmi konfransın əsas məqsədi cədidlərin maarifçilik ideyalarının təhlili və müzakirəsi, hərəkatın milli dövlətçiliyin inkişafına verdiyi töhfələr olub.Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli və başqalarından ibarət nümayəndə heyəti iştirak edib. Faiq Ələkbərli konfransda “İsmayıl bəy Qaspıralının cədidçilik və dildə, fikirdə, işdə birlik fəlsəfəsi” mövzusunda məruzə edib. O, məruzəsində yalnız Çar Rusiyasında deyil, habelə Osmanlı və Qacarlar Türk dövlətlərindəki yeniləşmə hərəkatı və onun tanınmış nümayəndələrindən bəhs edib. F.Ələkbərlinin sözlərinə görə, bu anlamda  çar Rusiyasındakı cədidçiliklə, Osmanlı və Qacarlardakı yeniləşmə hərəkatlarındakı oxşarlıqlar və fərqlilikləri ayrı-ayrılqıda təhlil etmək lazımdır. Ən əsası yeniləşmə və cədidizmlə bağlı məsələlərdə doğru olan məsələlərlə yanaşı, bəzən ifrat şəkildə özünü büruzə vermiş avropaçılığa, proletar kosmopolitizmə də diqqət edilməlidir. Qeyd edək ki,  Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tatarıstan, Yaponiya, Almaniya, İsveç və digər ölkələrdən elm adamlarının da beynəlxalq konfransda məruzələri dinlənilib.

Faiq Ələkbərli “Türk xalqlarında milli mədəniyyət və çoxmədəniyyətlilik” mövzusunda məruzə edib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə keçirilən ” Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I Beynəlxalq konfrans keçirilib. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli beynəlxalq konfransda “Türk xalqlarında milli mədəniyyət və çoxmədəniyyətlilik” mövzusunda məruzə edib.

Faiq Ələkbərli “Əhməd Ağaoğlu və Türk dünyası” adlı beynəlxalq elmi konfransda məruzə edib

Noyabrın 16-da AMEA-nın Əsas binasında Akademiyanın Rəyasət Heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Beynəlxalq elmi konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli də iştirak edib. O, “Əhməd bəy Ağaoğlunun dünyagörüşündə əxlaqi-fəlsəfi problemlər və onun həll yolları” mövzusunda məruzə edib. F. Ələkbərlinin məruzəsi Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.